Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:47

Malta vətəndaşlığı almış Eldar Qəribov kimdir


Maltada Yeni il atəşfəşanlığı, 1 yanvar, 2018-ci il
Maltada Yeni il atəşfəşanlığı, 1 yanvar, 2018-ci il

2016-cı ildə Malta vətəndaşlığı almış 2 min 200 nəfər içində azərbaycanlı da var. Malta hökumətinin yanvarın 9-da açıqladığı siyahıda Eldar Mahmud oğlu Qəribovun adına rast gəlinir.

Bir neçə gün öncə “Lovin Malta” saytı yazırdı ki, 2016-cı ildə Fərdi İnvestor Proqramı (Individual Investor Programme - IIP) çərçivəsində Malta vətəndaşlığını almış şəxslərin siyahısından bəzi adları oxucularının köməyilə əldə edib. Sayt onu da qeyd edirdi ki, hökumət həmin şəxslərin kimliyini təsdiqləməyib deyə, onların adlarının Malta pasportu sahibləriylə sadəcə oxşar olması versiyası da var.

*** Buna da bax: Kiprə investisiya qoyub AB pasportu alıblar

"Lovin Malta" 2016-cı ildə Malta vətəndaşlığını aldığı bildirilən azərbaycanlının ölkənin ən böyük banklarından olan Unibank-ın müşahidə şurasının sədri Eldar Qəribov olduğunu yazırdı. Ancaq AzadlıqRadiosu, hələlik, bununla bağlı bankdan açıqlama ala bilməyib.

Qeyd edək ki, ötən il açıqlanmış məlumata görə, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov bankın səhmlərinin 41,9%-nə nəzarət edir. Bankın Nizamnamə kapitalının 70% artırılmasından əvvəl bu göstərici 56,9% olub.

RUSİYA VƏ SƏUDİYYƏ İNVESTORLARI

Rusiyanın “Restavracia ” daşınmaz əmlak firmasının rəhbəri və administrativ meneceri Enver və Vasily Kuzmin-lər, Moskvada ən böyük tikinti şirkətlərindən olan “Stroyteks”in təsisçisi Vladimir Anatolievich Semenikhin də Malta vətəndaşlığı almış şəxslər sırasındadır.

Daha sonra siyahıda Rusiyanın böyük kibertəhlükəsizlik firması olan “Kaspersky Lab”ın həmtəsisçisi Alexey De-Monderik-in, Rusiyahnın Petroneft şirkətinin sədri Roman Evgenievich Trushev-in də adları çəkilir.

AzadlıqRadiosunun rus xidməti son 3 ildə onlarla rusiyalı biznesmenin Malta vətəndaşlığını əldə etdiyini, pulunu bu ölkənin iqtisadiyyatına yatırmağa razılaşdığını qeyd edir. Malta hökumətinin dərc etdiyi siyahıda Rusiyadan azı 730 tanınmış şəxsin adının olduğu vurğulanır.

*** Buna da bax: Kasıb ölkələr üçün yeni biznes: «Pasport satılması»

Səudiyyənin media maqnatı, Yaxın Şərq Yayım Şirkətinin (MBC) yaradıcısı Sheikh Ibrahim Waleed Alibrahim-in, KPMG audit şirkətinin Səudiyyə filialının sədri Abdullah Al Fozan-ın, Səudiyyənin Zamil Group investisiya firmasının direktorları Adib, Fahad, Tawfiq və Waleed Abdullah Al-Hamad Al-Zamil-in də Malta vətəndaşlığı aldıqları qeyd edilir.

650 MİN AVRON VARSA...

Malta 2014-cü ilin yanvarından vətəndaşlığın satışına başlayıb. “İnvestisiya əvəzində Malta vətəndaşlığı” proqramını hökumət 2013-cü ilin noyabrında qəbul edib və Avropa Komissiyası da onu təsdiqləyib. Proqrama görə, Malta (eləcə də bu ölkənin 2004-cü ildən üzv olduğu Avropa Birliyi) vətəndaşlığını 650 min avro ödəməklə almaq olar. Bu məbləğin 70 faizi Maltanın Milli İnkişaf və Sosial Siyasət Fonduna, qalanı isə birbaşa dövlət büdcəsinə gedir.

O zaman bir ildə ölkənin dövlət büdcəsinə 500 milyonluq gəlir gəldiyi qeyd olunurdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG