Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:42

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin əvvəlcədən videoya yazılmış illik müraciəti efirə verilib. O artıq ikinci ildir ki, ənənəvi çıxışını parlament qarşısında etmir.

Dekabrın 9-da efirə getmiş 7 dəqiqəlik bəyanatında Nazarbayev bildirir ki, onun illik müraciətinin tam mətni yanvarın 10-da çıxan dövlət qəzetlərində olacaq.

Nazarbaev televiziya bəyanatında iqrtisadiyyatın və bürokratiyanın rəqəmsallaşdırlımasının mühümlüyündən danışıb.

Bu çıxışdan bir gün əvvəl Nazarbayevin sözçüsü prezidetin “mühüm bəyanatla çıxış edəcəyini” elan etmişdi.

77 yaşlı Nazarbayev Qazaxıstana, ölkə hələ sovet respublikası olduğu vaxtlardan - 1989-cu ildən rəhbərlik edir.

İki il bundan əvvələdək Nazarbayevin illik müraciətləri parlamentdən birbaşa canlı translyasiya edilərdi. Lakin onun 2017-ci ildəki müraciəti əvvəlcədən videolentə yazılmış və yanvarın 31-də efirə getmişdi.

Bu müraciətdən bir neçə gün əvvəl Nazarbayev özünün hüdudsuz hakimiyyətinin bir hissəsinin parlamentə və hökumətə veriləcəyi barədə planlardan danışmış və özünün gələcək rolunu “ali hakim” olaraq izah etmişdi.

Onun bu qeydləri öz opponentlərini indiyədək müxtəlif üsullarla zərəsizləşdirmiş prezidentin Qazaxıstanda siyasi keçidə hazırlaşdığı barədə şayiələrin yaranmasına səbəb olmuşdu.

Lakin 2017-ci ildə Konstitusiyaya hakimiyyətin prezident, hökumət və parlament arasında bölüşdürülməsinə dair kosmetik düzəliş edilsə də, reallıqda heç nə dəyişməmişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG