Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 03:56

İranda 3 min 700 nəfərin həbs olunduğu bildirilir


Mahmoud Sadeghi

İranlı millət vəkili antihökumət etirazlarında 3 min 700 nəfərin saxlandığını bildirir.

İslahatçı deputat Mahmoud Sadeghi-nin səsləndirdiyi bu rəqəm hakimiyyətin açıqladığından çox yüksəkdir.

Dekabrın 28-dən İranın onlarla şəhərində keçirilən etirazlarda işsizlik və rəsmi səviyyədə korrupsiyayla bağlı qəzəb dilə gətirilib. Bəzi nümayişçilər ali dini lider ayətulla Ali Khamenei-nin və ölkədə islam üsul-idarəsi yaratmış ruhanilərin getməsini tələb ediblər.

Khamenei isə Twitter-də yazıb ki, Tehran Birləşmiş Ştatlar və Britaniyanın iğtişaş yaratmaq cəhdlərini önləyib. O, indiyədək səsləndirilən ittihamları bir daha səsləndirib, deyib ki, Birləşmiş Ştatlar və müttəfiqləri daxil olmaqla xarici ölkələr etirazların arxasında dayanıb.

Khamenei deyir ki, nümayişçilərin bəzi tələbləri “səmimi və düzgün” olub, amma o, detallı yazmayıb.

Etirazlarda azı 22 nəfərin öldürüldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG