Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:51

Suriya ordusu İsrailin Dəməşq yaxınlığına raket atdığını deyir


Suriya, arxiv fotosu
Suriya, arxiv fotosu

Suriya ordusu deyir ki, İsrail paytaxt Dəməşq yaxınlığındakı “hərbi hədəflərə” hücum edib və onları zədələyib. Hücumların yanvarın 9-da səhər erkən qırıcılar və yer-yer tipli raketlərlə gerçəkləşdirildiyi bildirilir.

Suriyanın SANA dövlət xəbər agentliyinin məlumatına görə, ordu İsrailin bir hərbi təyyarəsinin vurulduğunu bildirib. Komandanlıq detalları açıqlamayıb.

HƏRBİ OBYEKTLƏRƏ “MADDİ ZİYAN” DƏYİB

Ordu İsrail qırıcılarının Dəməşqdən 15 kilometr şimal-şərqdəki Qutayfeh ərazisində hərbi obyektlərə raket atdığını qeyd edir. Zərbələrin Livanın hava məkanından endirildiyi bildirilir.

İsrail daha sonra Golan Yüksəkliyindən yer-yer tipli raketlər atıb. Bunu Suriya ordusu deyir və bütün raketlərin vurulduğunu vurğulayır.

*** Buna da bax: Rusiya deyir ki, onun Suriya bazasına hücum 13 dronla edilib

Ordu komandanlığı daha sonra dörd raketin İsrailin içərisindən atıldığını qeyd edir.

Həmin raketlərdən birinin vurulduğu, qalan üçünün Dəməşq yaxınlığında “hərbi obyektlərə” maddi ziyan vurduğu qeyd olunur.

İsrail ordusunun sözçüsü Suriya tərəfin bəyanatını şərh etməyib.

Suriya müxalifətinə bağlı media isə İsrail təyyarələrinin Suriya ordusunun deposunu hədəfə aldığını yazıb.

100-DƏN ÇOX ZƏRBƏ

Söhbətin hansı hədəfdən getdiyini müstəqil müəyyənləşdirmək mümkün olmayıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Qutayfeh ərazisində böyük hərbi postları var.

Əvvəllər İsrail bir neçə dəfə Suriya ərazisində İran bazaları kimi istifadəsini əngəlləyəcəyini bildirib. İsrail buradan Livanın Hezbollah qruplaşmasına yüksək keyfiyyətli silah ötürüldüyünü də bildirir. Bu qruplaşma Suriya rejiminin altı ildir gedən vətəndaş müharibəsində üstün mövqe qazanmasına yardım göstərib.

*** Buna da bax: Suriyada bombardmandan sonra dağıntılar altından çıxarılan uşaq

İsrailin hava qüvvələrinin rəhbəri avqustda demişdi ki, altıillik münaqişə dövründə Suriyaya 100-dən çox zərbə endirilib.

Ancaq İsrail ümumilikdə bu əməliyyatları nə təsdiqləyir, nə də təkzib edir.

Suriya ordusu yaydığı bəyanatda bu zərbələri cavabsız qoymayacağını bildirib və İsrailin həmin hücumlarla Suriyadakı yaraqlı qrupları dəstəklədiyini iddia edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG