Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 04:11

Azərbaycana gələnlərin sayında artım


Turistlər (arxiv fotosu)

2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 20 faiz artaraq 2 milyon 692 min nəfərə yüksəlib.

Bu barədə Mədəniyyət və Turizmi Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu il ərzində Azərbaycana gələnlərin sayında indiyə qədər müşahidə edilmiş ən yüksək göstəricidir.

Ölkəyə gələnlərin 853082-si Rusiya, 537710-u Gürcüstan, 362597-si İran, 301553-ü Türkiyə, 102360-ı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 62454-ü İraq, 57756-sı Ukrayna, 33273-ü Səudiyyə Ərəbistanı, 381213 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Xarici vətəndaşlar Azərbaycana daha çox iyul ayında gəlib. Bu, 313515 nəfər olub.

2017-ci ildə əsas artım tempi göstərən ölkələr İran, BƏƏ, Rusiya və Səudiyyə Ərəbistanı sayılır.

Lakin Türkiyədən Azərbaycana gələnlərin sayında 11790 nəfər azalma müşahidə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG