Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:41

Avtobusun aşmasına görə daşıyıcı da cəzalandırılıb


BakuBus

Bu il yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə «BakuBus» MMC-yə məxsus avtobuslar xidmət göstərəcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, dəyişiklik edilməsinə səbəb 175 nömrəli marşrut üzrə daşıyıcının işində ciddi nöqsanlara yol verməsidir.

«Yanvarın 6-da çox sayda insanın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi də məhz daşıyıcının fəaliyyətində yol verdiyi ciddi nöqsanlardan qaynaqlanıb. Hazırda marşrut xətti üzrə fəaliyyət göstərən daşıyıcı ilə müvəqqəti istismara dair müqaviləyə xitam verilib», - məlumatda vurğulanır.

Bu açıqlamaya, hələlik, 175 nömrəli marşrut xətti üzrə müqaviləsinə xitam verilən daşıyıcıdan münasibət almaq mümkün olmayıb.

Yanvarın 6-da saat 17 radələrində Zığ şosesində 175 nömrəli marşrut xətti üzrə hərəkət edən «Daewoo» markalı sərnişin avtobusu yoldan kənara çıxıb, dərəyə aşıb.

Hadisə nəticəsində 20 nəfərin xəsarət aldığı açıqlanıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi açılıb. Söhbət 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrindən gedir.

Qəza törətməkdə şübhəli sayılan və saxlanan sürücü Kamran Ağayevin nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı iddia edilir.

Hüquq-mühafizə orqanlarının bu açıqlamasına sürücünün və ya onun vəkilinin münasibətini, hələlik, almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG