Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:00

Arshavina təyyarədən “şuluq saldığına görə” çıxarılıb


Andrei Arshavin

Aeroflot bildirir ki, Rusiyanın futbol ulduzu Andrei Arshavin-in həyat yoldaşı “şuluq saldığına” və uçuş heyətinin xahişlərinə əməl etmədiyinə görə beynəlxalq uçuşdan kənarlaşdırılıb.

Aeroflot yanvarın 8-də yaydığı bəyanatda qeyd edir ki, kapitan Alisa Arshavina, uşaqlarını və dayəni Moskva-Almatı SU1946 reysindən yanvarın 6-da, təyyarə havaya qalxmazdan düşürüb.

Heyət üzvlərinin deməsinə görə, Arshavina dəfələrlə özünü Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) mayoru kimi təqdim edib, “heyətə təzyiq göstərməyə çalışıb”.

Aeroflot Arshavina-nı “səyahət şərtlərini pozmaqda” suçlayıb, o, ailənin dayəsinin də biznes- klasda oturmasnı tələb edibmiş, baxmayaraq ki, bileti ekonomi- klasa olub.

Bəyanatda deyilir ki, Arshavina uşaqların oturacaq kəmərlərinin bağlanmasıyla bağlı heyətin xahişini rədd edib, təyyarə havaya qalxmağa hazırlaşarkən uşağın bezini dəyişdirməyə başlayıb.

Rusiya yığmasının keçmiş kapitanı Andrei Arshavin karyerasının böyük hissəsini Zenit Sankt Peterburqda və İngiltərənin Arsenal klubunda keçirib, hazırda Qazaxıstanın Premyer liqasında Qairat (Kairat) klubunda oynayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG