Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:36

Lotereyada 1 milyard dollar uddular


"Powerball" lotereyasının reklamı, Nyu York

Ötən həftəsonu Birləşmiş Ştatlarda iki lotereya sahibi üst-üstə 1 milyard dollardan çox pul udub. Rəsmi açıqlama yanvarın 7-də yayılıb.

Nyu Hempşir ştatında bir şəxs, yaxud qrup “Powerball” lotereyasında 560 milyon, Floridada isə bir bilet sahibi “Mega Millions”da 450 milyon dollar udub.

Xoşbəxt bilet sahiblərinin kimliyi açıqlanmır.

Powerball-da qalib bilet Merrimak şəhərində marketdə satılıbmış.

560 milyon dollarlıq uduş “Powerball”da indiyədək qazanılmış altıncı böyük cekpotdur.

“Çox həyəcanlıyam”, – marketin sahibi Sam Safa deyib. Bu market qalib biletin satışına görə 75 min dollarlıq bonus əldə edəcək.

“Mega Millions”un qalib bileti isə Floridada Port Riçi şəhərində kioskda satılıb. Bu, həmin lotereya tarixində dördüncü böyük cekpot sayılır.

Kiosk sahibi biletin satışına görə 100 min dollarlıq bonus əldə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG