Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 12:50

'Üç bilbord' Qızıl Qlobus qalibidir |trailer|


Oprah Winfrey (arxiv fotosu)

“Ebbinq, Missuri sərhədində üç bilbord” (Three Billboards Outside Ebbing, Missouri) Qızıl Qlobus mükafatı alıb.

Yanvarın 7-də Los Ancelesdə keçirilən mərasimdə bu cinayət dramı dörd mükafata yiyələnib.

Film kiçik bir şəhərdə qətlə yetirilmiş qızının qisasını almağa çalışan anadan söz açır.

Bu filmin rəqibləri – “Call Me by Your Name”, “Dunkirk”, “The Post” və “The Shape of Water” idi.

Mükafatlandırma gecəsi qadınların hüquq və imkanlarının genişləndirilməsinə həsr olunub. Demək olar, bütün iştirakçılar seksual qısnama qurbanlarına dəstək məqsədiylə qara geyinib.

Televiziya və kino ulduzu, 63 yaşlı Oprah Winfrey həyatdakı uğurlarına görə Qızıl Qlobus alan ilk qaradərili qadın olub.

O, çıxışında kino sənayesi və digər sahələrdə seksual qısnama hallarını ortaya çıxaranlara dəstəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG