Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:56

Səudiyyə rəsmisi 11 şahzadənin həbsini təsdiqləyib


Foto arxiv

Səudiyyə Ərəbistanının baş prokuroru Saud al-Mojeb yanvarın 7-də deyib ki, həbs edilmiş 11 şahzadə ictimai asaişi pozma itthamı ilə məhkəmə qarşısına çıxarılacaqlar.

Reuters agentliyi bundan bir gün əvvəl Səudiyyə Ərəbistanında daha 11 şahzadənin həbsi barədə məlumat yaymışdı.

Məlumata görə onlar kral ailələrinin xərclərinin bir qisminin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılmasına etiraz etdiklərinə görə saxlanıblar.

Söhbət xüsusilə elektirk enerjisi, su və digər kommunal xidmətlərdən gedir.

Reuters ərəb saytlarına istinadla xəbər verir ki, narazı şahzadələr etiraz bildirmək üçün Ər-Ryaddakı kral sarayına toplaşıblar və dağılışmaqdan imtina etdiklərinə görə həbs olunublar.

Kral Salmanın islahatlar fərmanında həmçinin əlavə dəyər vergisi və digər tədbirlər nəzərdə tutulur.

Hakimiyyət neftin ucuzlaşması fonunda xəzinənin sabitliyini qorumağa çalaışır, bu üzdən də bir sıra islahatlar həyata keçirir.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanında kral ailə üzvləri də daxil olmaqla bir sıra yüksək səlahiyyətli məmurlar və biznesmenlər korrupsiya ittihamı ilə saxlanmışdılar.

Amma əksəriyyəti xəzinəyə xeyli vəsait verməyə razılaşdıqdan sonra azad olundular.

Günün bütün mövzuları

XS
SM
MD
LG