Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 09:52

Alpinistlərin itkin düşməsinəgörə cinayət işi açılıb


Foto arxiv

Dekabrın 23-də "Gilavar" - hava və ekstrim idman klubunun alpinistlərinin Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb geri qayıtmamaları ilə bağlı cinayət işi açılıb.

Bu haqda Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.

Prokurorluq və nazirlik qeyd edir ki, “Gilavar” idman klubunun 3 üzvü - Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin “Tufandağ” istiqamətində itkin düşmələri barədə məlumat daxil olub. Həmin məlumat əsasında dekabrın 27-də fövqəladə hallar və ekologiya və təbii sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumlarıhelikopterlə axtarışa başlayıb.

Açıqlamaya görə,ilkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 alpinist dekabrın 23-də saat 14 radələrində “Tufandağ” zirvəsi istiqamətində hərəkət edib, naməlum şəraitdə itkin düşüb.

Məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə dair şübhələrə kifayət qədər əsaslar yarandığından cinayət işi açılıb.

Rəsmi qurumlara görə, alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərəməsul şəxslərin özvəzifələrini tam yerinə yetirməməsinə şübhələr var.

Cinayət işi Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanılıb. Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirlərinin həyata keçirldiyi bildirilir.

Məlumatda həmçinin qeyd edilir ki, ərazi və əlverişsiz hava şəraitinin çətinliklər yaratmasına rəgmən intensiv axtarış tədbirləri davam etdirilir.

Xatırlatma

“Giləvar» hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, alpinistlərin itkin düşmələri barədə məlumat onlara dekabrın 26-sı axşam daxil olub. Dekabrın 27-dən alpinistlərin axtarışına başlanıb.

Yanvarın 5-də Azərbaycanda səfərdə olan Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisləri də itkin düşən alpinistlərin axtarış işinə cəlb ediliblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG