Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:24

Ali Məhkəmə Ə.İnsanovun cəzasının artırılması məsələsinə baxacaq


Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»

Yanvarın 16-da Ali Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun şikayətinə baxılacaq. Kasasiya şikayəti sabiq nazirin yenidən 7 il azadlıqdan məhrum edilməsi haqdadır. Bu barədə AzadlıqRadiosuna Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.

Ə.İnsanova daha 7 il həbs cəzası verilməsi haqda Qaradağ Rayon Məhkəməsinin çıxardığı hökmü Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb. Həmin qərardan da kasasiya şikayəti verilib.

Ali Məhkəmədə bu işi araşdırmaq Fərhad Kərimovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə olunub.

Vəkil bildirib ki, Ə.İnsanov məhkəmədə iştirak etmək istəmir. Ona görə də məhkəməyə bu haqda yazılı ərizə göndərib.

Ali Məhkəmə noyabrda bu məsələyə baxanda prokuror demişdi ki, cinayət işinin materialları ilə tanış ola bilməyib. Ona görə də məhkəmədən işlə tanışlıq üçün vaxt istəmişdi:

«Bu cinayət işinin həcmi böyükdür. İcraatımda da iş çoxdur. Ona görə mənə vaxt verilməsini istəyirəm».

Ə.İnsanov isə bu səbəblə məhkəməsinin təxirə salınmasını «siyasi qərar» adlandırmışdı. Keçmiş nazirin fikrincə, bu qərar onun Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərməsini yubatmaq məqsədi güdür. İnsanov kasasiya şikayəti üzrə məhkəmənin qeyri-müəyyən vaxta təxirə salınması ilə əlaqədar Ali Məhkəmənin sədri Ramiz Rzayevə də məktub göndərmişdi.

Ə.İnsanov kasasiya şikayətində bəraət istəyib. Əgər Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin hökm və qərarını qüvvədə saxlasa, keçmiş nazir Avropa Məhkəməsinə müraciət etmək niyyətindədir.

Xatırlatma

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1 (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1 (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG