Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:00

Miqrantlar boş tövlələrdə qalır


Serbiyada miqrantlar, arxiv fotosu

Əsasən Əfqanıstan və Pakistandan onlarla miqrant şaxtalı havada Macarıstanın Serbiyayla sərhədindəki boş tikililərdə qalır.

Miqrantların çoxu qışı sərhəd yaxınlığındakı boş fermalarda keçirməkdədir.

Ferma sahibləri olan yerli sakinlər bu yaxınlarda miqrantları Backi Vinogradi-dən qovublar, mülkiyyəti xarab etdiklərini bildiriblər.

Sərhəd yoxlamaları kəskinləşdiyindən, 2015-ci ildə Avropa Birliyinə aparan “Balkan marşrutu” bağlandığından minlərlə miqrant və qaçqın Serbiyada qalıb.

Macarıstan 2015-ci ildə sərhədini tamamilə bağlayıb, o vaxtdan gündə yalnız 10 adama, əsasən də ailələrə Serbiyadan sərhədi keçməyə icazə verilir.

Serbiya humanitar qruplarının məlumatına görə, bu ölkənin rəsmi miqrant düşərgələrində 4 minədək adam yaşayır.

Ancaq bu düşərgələrdən kənarda 500 nəfərin də yaşadığı bildirilir. Onlar deportasiya olunmaqdan qorxaraq gizlənirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG