Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 14:48

Gürcüstan bu il qazı yalnız Azərbaycandan alır


Arxiv fotosu

Gürcüstanın 2018-ci il üçün təbii qaz balansı təsdiqlənib və bu ölkənin bu il Rusiyadan qaz almayacağı üzə çıxıb. Bu haqda “agenda.ge” saytı yazır.

Görünən odur ki, Gürcüstan qaz təchizatını tamamilə Azərbaycanın hesabına təmin edəcək. Qazı Gürcüstana SOCAR dövlət neft şirkəti və Şahd Dəniz qaz kondensat yatağını işləyən konsorsium verəcək.

Gürcüstanın Azərbaycandan cəmi 2,680 milyard kub metr qaz alacağı bildirilir. Bunun 1,866 milyard kub metrini SOCAR, 813,9 milyon kub metrini Şah Dəniz konsorsiumu verəcək, 9,4 milyon kub metr isə ölkədə çıxarılacaq.

Əvvəllər Gürcüstan Rusiyanın Ermənistana nəql etdiyi qazın 10 faizini tranzit haqqı kimi alırdı. Ancaq 2016-cı ildə kontraktın uzadılması ertələndi, çünki Gazprom tranzit üçün pulla ödəniş etməkdə israr etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG