Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

Pambıq tədarükü azalır


Pambıq yığımı

Ölkə ərazisində pambıq tədarükünün davam etdiyi bildirilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarın 4-dək ümumilikdə pambıq qəbulu məntəqələrinə 206 min 903 ton məhsul təhvil verilib.

Dekabrın 31-dən yanvarın 3-dək isə 181 ton pambıq tədarük olunub. Halbuki, bundan bir gün öncə, təkcə dekabrın 30-da 226 ton pambıq yığıldığı bildirilirdi.

Pambıq tədarükündə Saatlı rayonu liderlik edir. Saatlı fermerlərinin indiyədək 25 min 748 ton pambıq topladığı bildirilir.

Azərbaycanda pambıq tədarükü iki ildir ki, hökumətin prioritet saydığı sahəyə çevrilib. Ölkə başçısı bir neçə dəfə bununla bağlı müşavirələr keçirib. Hökumət pambıqyığan maşınların, tezyetişən pambıq toxumlarının alınması ilə bağlı addımlar atıb. Verilən məlumata görə, hökumət bu il azı 270 min ton pambıq toplanmasını hədəfləmişdi. Amma ekspertlər vurğulayırlar ki, il sona çatıb, qışın ilk ayı yarı olub, vəd edilən həcmdə pambıq tədarük edilməyib.

Üstəlik, ekspertlər hesab edirlər ki, ölkədə pambıqçılığın inkişafı heyvandarlıq və kartofçuluğa ağır zərbə vurub. Ekspertlər deyirlər ki, bəzi fermerlərin icarəsində olan torpaqlar onların əlindən alınıb, həmin ərazilərdə pambıq əkilib.

Bundan başqa, büdcə təşkilatlarında çalışan insanların məcburi pambıq yığımına aparılması ilə bağlı iddialar var. Yerli icra hakimiyyətləri büdcə təşkilatlarında çalışanların məcburi pambığa aparılması ilə bağlı iddiaları qəbul etmirlər. Onlar deyirlər ki, bu məsələdə könüllülük var və hamının haqqı ödənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG