Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 14:16

İsraildə fələstinlilərə ittiham irəli sürülüb


İsrail polisi fələstinlini saxlayır, arxiv fotosu

İsrail hərbi məhkəməsi üç fələstinliyə İranın dəstəyilə İsraildə “terror” hücumları planlaşdırmaq ittihamı irəli sürüb.

İsrailin Shin Bet təhlükəsizlik agentliyi yanvarın 3-də bildirib ki, agentləri və İsrail ordusu İordan çayının qərb sahilindəki Hebron şəhərində üç nəfəri saxlayıb.

Agentlik həmin qrupu “İran kəşfiyyatının idarə etdiyini, Cənubi Afrikada yaşayan iranlı kəşfiyyatçı tərəfindən maliyyələşdirildiyini” bildirib.

İsrailin baş naziri Benjamin Netanyahu-nun sözlərinə görə, bu qrupun iddia olunan planı İranın İsrailə hücum cəhdlərindən sonuncusudur.

Bu, birinci dəfə baş vermir. Müxtəlif sahələrdə müxtəlif metodları sınaqdan çıxarır, İsrailə hücum etmək istəyirlər”, – Netanyahu-nun idarəsi ona istinadla ingiliscə bəyanat yayıb.

Baş nazir deyir ki, İran İsrailin dağılmasını istəyir və qlobal “terrorçular”ı dəstəkləyir. Buraya Fələstinin islamçı yaraqlı qrupları olan Hamas və İslam Cihadı, Livanın Hizballah şiə yaraqlı qruplaşması da daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG