Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Almaniya Ukraynada BMT missiyası yaratmağa çağırır


Pavlo Klimkin (sağda) və Sigmar Gabriel

Almaniyanın xarici işlər naziri Rusiyada prezident seçkisindən öncə Ukraynanın şərqində BMT sülhməramlı missiyasının qurulmasına çağırıb.

Sigmar Gabriel yanvarın 3-də Kiyevdə ukraynalı həmkarı Pavlo Klimkin-lə danışıqlardan sonra jurnalistlərə deyib ki, belə bir qüvvə Ukraynanın ərazi bütövlüyünün təmin olunması üçün “vacibdir”.

“Bu, bütün konflikt zonasını əhatələyəcək güclü silahlı missiya olmalıdır”, – deyən Gabriel əlavə edib ki, Almaniya və Fransa BMT-nin Təhlükəsizlik Şurasında missiya təklifini irəli sürəcək.

Onun sözlərinə görə, davamlı sülh missiyasının yaradılması Rusiyada martda keçiriləcək prezident seçkisindən asılı olmamalıdır.

Mart seçkisini asanlıqla udacağı gözlənə prezident Vladimir Putin BMT missiyasının yaradılmasını dəstəkləyir, amma bunun Kremlin dəstəklədiyi separatçıların nəzarətində olan əraziylə Ukraynanın qalan hissəsi arasındakı cəbhə xəttində qurulmasını istəyir.

Amma Ukrayna və Qərb müttəfiqləri Rusiyanın planına qarşı çıxır, BMT-nin rolunun böyük olmasına çağırırlar.

2014-cü ildən Ukraynanın şərqindəki münaqişədə 10 min 300-dən çox ölən olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG