Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 14:25

Çeçenistanda polisi güllələməkdə şübhəli bilinən öldürülüb


Qroznı meriyasının binası

Rusiyanın Çeçenistan Şimali Qafqaz regionunun hakimiyyəti polis əməkdaşını güllələməkdə şübhəli bilinən şəxsin öldürüldüyünü bildirir.

Çeçenistanın daxili işlər naziri Ruslan Alkhanov yanvarın 4-də jurnalistlərə deyib ki, 27 yaşlı Khamzat Baimuradov polis əməliyyatı zamanı öldürülüb. Dekabrın 3-də polis öldürüləndən əməliyyat başlanmışdı.

Alkhanov-un sözlərinə görə, Baimuradov Avturi kəndində polisə təslim olmayıb ona atəş açandan sonra öldürülüb.

Çeçenistanda polisə, hakimiyyət strukturlarına hücumlar vaxtaşırı baş verir.

Sovetlər dağılandan sonra bu regionda iki dəfə müharibə baş verib. Bundan sonra Çeçenistanda baş qaldırmış islamçı hərəkatı Şimali Qafqazın digər regionlarına da yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG