Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:27

Tbilisidə İran səfirliyi qarşısında aksiya keçirilib


İranın Qum şəhərində keçirilən hökumətə dəstək aksiyası

Gürcüstanda mühacirət həyatı yaşayan onlarla iranlı Tbilisidə İran səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar İran prezidenti Hassan Rohani-nin istefasını tələb ediblər.

Yanvarın 3-də keçirilən aksiyada İran hakimiyyətindən demokratik islahatlara başlamaq və din azadlığını təmin etmək tələb olunub.

Gürcüstanda yaşayan iranlıların çoxu xristian olduqlarını, İranda İslam İnqilab Keşikçiləri Qvardiyasının təqibinə məruz qaldıqları üçün çıxmağa məcbur olduqlarını deyirlər.

Etirazçılardan biri, Ali Rusta AzadlıqRadiosuna deyib ki, qvardiya üzvləri onu həbslə hədələyib və xristianlıqdan imtina etməyə çağırıb.

“Burada isə azad şəkildə kilsəyə gedə bilirəm”, – Rusta deyib.

İranda dekabrın 28-də başlanan antihökumət etirazlarında azı 22 nəfər öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG