Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 16:25

Ukraynada vəkilin öldürülməsi “dövlətə meydan oxumaqdır”


Kiyevdəki aksiyadan foto

Kiyevdə vəkilin açıq-aşkar “qətli” “dövlətə meydan oxumaq”dır, Ukraynanın xarici işlər naziri belə deyir.

Hüquq mühafizə orqanları Iryna Nozdrovska-nın ölümüylə bağlı cinayət işi açıb.

Kiyev prokurorluğu və milli polisin rəhbəri yanvarın 2-də bildirib ki, istintaqı diqqətlə izləyirlər. Onlar da Nozdrovska-nın ölümünü “qətl” adlandırıblar.

Vəkilin meyiti Kiyevin Vişqorod bölgəsində çayda aşkarlanıb. O, dekabrın 29-da itkin düşmüşdü. Bundan öncə isə bacısının ölümünə səbəb olmuş şəxsin azadlığa çıxmasını əngəlləyib.

Xarici işlər naziri Pavlo Klimkin vəkilin ölümünü “dövlətə meydan oxumaq” adlandırıb.

“Bu, cəmiyyətimizin qadın fəalları qorumaq bacarığını, bütünlükdə ədalətin təmin olunmasını sınağa çəkir”, – Klimkin yanvarın 2-də Twitter-də yazıb.

Kiyevdəki ABŞ səfirliyi qətldən “sarsıldığını” dilə gətirib. Yanvarın 2-də yüzlərlə etirazçı Kiyev küçələrinə çıxaraq qətlin hərtərəfli araşdırılmasını tələb edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG