Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:22

Pxenyan Cənubi Koreyayla sərhəd qaynar xəttini açacağını deyir


Panmunjom-a gedən yol

Şimali Koreya elan edib ki, Cənubi Koreyayla sərhədlərarası qaynar xətti yenidən açacaq. Bu, iki rəqib qonşunun münasibətlərinin yumşalmasının əlaməti sayılır.

Şimali Koreyanın dövlət radiosu bildirib ki, kommunikasiya xətti bərpa olunacaq. Bu xətt 2016-cı ildən işləmir. Səbəb Pxenyanın nüvə və ballistik raket proqramı üzündən gərginliyin artmasıydı.

Cənubu Koreyanın Yonhap agentliyinin məlumatına görə, neytral zonadakı Panmunjom kəndində yerləşən xəttin yanvarın 3-də axşama doğru açılacağı gözlənir.

İnanıram ki, bu, kommunikasiyanın həmişə mümkün olacağı bir mühitə doğru addımı müjdələyir”, – Cənubi Koreya prezidentinin sözçüsü Yoon Young-chan deyib.

Bir gün öncə Cənubi Koreya Panmunjom kəndində yüksək səviyyəli danışıqların keçirilməsini təklif etmişdi. Məqsəd Şimali Koreyanın fevralın 9-da Pxençan şəhərində başlanacaq Qış Olimpiya oyunlarında iştirakına şərait yaratmaqdır. Görüş alınarsa, son iki ildə ilk dəfə olaraq tərəflər bir araya gəlmiş olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG