Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 05:12

XİN: 'Ümid edir ki, İtaliyanın ATƏT-dəki sədrliyi…'


Hikmət Hacıyev

“ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Dağlıq Qarabağ münaqişəsinin bu qurumun Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsinin daxil edilməsini müsbət qiymətləndiririk”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Biz ATƏM-in (sonradan ATƏT adlandırıldı) Minsk Qrupunun sədri olmuş İtaliyanın xarici işlər nazirinin müavini Mario Rafaellinin hazırladığı “Təcili tədbirlər haqqında vaxt cədvəlini” yaxşı xatırlayırıq. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” BMT Təhlükəsizlik Şurasının (TŞ) 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edilib”, – Hikmət Hacıyev vurğulayıb.

Buna da bax: 2018-ci il Azərbaycan və Ermənistanda seçki ilidir [video]

XİN mətbuat xidmətinin rəhbəri ümid edirik ki, İtaliya ATƏT-in Fəaliyyətdə olan sədri statusunda BMT TŞ-nın müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsindən ötrü öz mövqeyində davamlılıq nümayiş etdirəcək.

Bu il yanvarın 1-dən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik Avstriyadan İtaliyaya keçib. Rəsmi Roma 2018-ci il ərzində təşkilata rəhbərlik edəcək.

Verilən məlumata görə, İtaliyanın ATƏT-dəki sədrliyinin əsas prioritetləri regiondakı mövcud münaqişələrin həlli, radikallaşma, zorakı ekstremizm və terrorçuluqla mübarizə, eləcə də etimadın bərpası olmalıdır.

Buna da bax: 2017-ci ildə AzadlıqRadiosu üzərinə ‘amansız təzyiqlər’ edilib

ATƏT-də sədr dəyişikliyi rotasiya qaydasında hər il həyata keçirilir. Bir ölkənin təşkilata sədrliyi bir il çəkir

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

1993-cü ildə Mario Rafaellinin hazırladığı “Təcili tədbirlər haqqında vaxt cədvəli”-ni o vaxt qrupa daxil olan 9 ölkənin imzaladığı bildirilir.

1993-cü ildə BMT TŞ isə Azərbaycanın işğal edilən rayonlarının boşaldılması ilə bağlı 4 qətnamə qəbul edib. Ancaq qətnamələr (822,853,874,884 saylı) yerinə yetirilməmiş qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG