Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 09:23

Cənubi Koreya Pxenyanla danışıqlar təklif edir


Cho Myoung-gyon

Cənubi Koreya Şimali Koreyayla yüksək səviyyəli danışıqlar keçirməyi təklif edir. Məqsəd Pxenyanın gələn il Pxençan şəhərində keçiriləcək Qış Olimpiya oyunlarında iştirakına yol açmaqdır.

Cənubi Koreyanın Birləşdirmə naziri Cho Myoung-gyon yanvarın 2-də təklif edib ki, iki rəqib ölkənin nümayəndə heyətləri hərbsizləşdirilmiş zonadakı Panmunjon sərhəd kəndində görüşsünlər. Bu, iki ildən də artıq bir müddətdə tərəflər arasında ilk görüş ola bilər.

Onun sözlərinə görə, danışıqların əsas mövzusu olimpiya əməkdaşlığı olsa da, Koreyalar arasında münasibətlərin yaxşılaşdırılması da müzakirə edilə bilər.

Bu təklifdən bir gün öncə Şimali Koreya lideri Kim Jong Un olimpiya oyunlarına nümayəndə heyəti göndərməyin mümkünlüyündən danışıb.

Cənubi Koreyada qış oyunları ölkədən ötrü yaxşı haldır. Səmimi ümid edirik ki, Qış Olimpiadası uğur olacaq”, – Kim Yeni il müraciətində deyib.

Olimpiya oyunları fevralın 9-dan 25-dək keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG