Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 17:54

İsrail naziri İran etirazlarını dəstəkləyir


Yisrael Katz

Bazar ertəsi – yanvarın 1-də İsrailin kəşfiyyat naziri İrandakı antihökumət etirazlarına dəstəyini bildirib, ancaq onu da əlavə edib ki, İsrailini Tehranın daxili işlərinə qarışmaq kimi bir siyasəti yoxdur.

2009-cu ildən bəri ən böyük nümayiş sayılan etirazlarda azı dörd nəfərin öldürüldüyü bildirilir.

“İran xalqına azadlıq və demokratiya uğrunda mübarizədə ancaq uğur arzulaya bilərəm”, – nazir Yisrael Katz Ordu Radiosuna müsahibəsində deyib.

“Adamlar azadlıq və demokratiyaya nail ola bilsələr, bu gün İsrailə və bütün regiona hədələrin çoxu yoxa çıxar”, – nazir sözlərinə əlavə edib.

İsrail daim şiə İranının nüvə proqramından və Livanda və Fələstin torpaqlarında islamçı yaraqlılara dəstəyindən narahatlığını bildirib. Bu narahatlığı sünni ərəb ölkələri də paylaşır.

Nazirdən soruşublar ki, niyə İsrailin baş naziri Benjamin Netanyahu ABŞ prezidenti Donald Trump-ın yoluyla gedərək etirazçıları daha açıq şəkildə dəstəkləmir. Katz deyib: “İsrail bu daxili məsələyə qarışmamaq yolunu seçib”.

Bazar günü İran rəsmilərindən biri etirazlara görə “xarici agentlər”i suçlayıb.

Katz bu iddiaları “yalançı və təbliğatçı rejimin” standart ifadələri adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG