Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:51

Dünya Yeni ili qarşılayıb


Jennifer Nettles və Kristian Bush Nyu Yorkda çıxış edir

ABŞ-ın Nyu York şəhərində bir milyondan çox sakin və turist mənfi 12 dərəcədə Times meydanına yığışaraq 2018-ci ili qarşılayıb.

1962-ci ildən bəri Times meydanında ikincə dəfəydi belə şaxta qeydı alınırdı. Ən soyuq temperatur isə 1917-ci ildə olmuşdu – mənfi 17 dərəcə.

PUTİN-DƏN “SƏHVLƏRİ BAĞIŞLAMAQ” ÇAĞIRIŞI

Adamlar meydana gecəyarısından 12 saat öncə toplaşıblar. Ancaq rəsmilər bu il yeni İli qarşılamağa küçəyə çıxanların əvvəlki illərdən az olduğunu bildirir və bunu daha çox soyuqla əlaqələndirir.

Menhettendə təhlükəsizlik tədbirləri gücləndirilib, bir il öncə burada ölümcül terror hücumları törədilmişdi.

Dünyanın hər yerində 2018-ci il atəşfəşanlıq, təntənəylə qarşılanıb.

Ən uzun qarşılanma Rusiyada baş tutub, çünki bu ölkədən 11 saat qurşağı keçir.

Rusiya prezidenti Vladimir Putin rusiyalıları “bir-birinə xoş sözlər deməyə, səhvləri, incikliyi bağışlamağa, qayğı və diqqətlə isinməyə” çağırıb.

Moskvada fasiləsiz yağan yağışlar atəşfəşanlığı, Yeni ilin küçə və meydanlarda qarşılanmasını əngəlləyə bilməyib.

TƏHLÜKƏSİZLİK GÜCLƏNDİRİLİB

Berlində Brandenburg darvazasına on minlərlə adam toplaşıb.

Parisdə Zəfər tağı da atəşfəşanlıqla işıqlandırılıb. Fransanın paytaxtında da yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb. Son iki ildə burada bir neçə ağır terror hücumları törədilmişdi.

Britaniya paytaxtı Londonda təmirə dayandırılmış Big Ben saatı Milad və Yeni il bayramlarında müvəqqəti olaraq işə salınıb.

Yeni ili ilk qarşılayan ölkələrdən biri Avstraliya olub. Ancaq 2018-ci il öncə Sakit okean ölkələri olan Samoa, Tonqa, Kiribatiyə gəlib. Dekabrın 31-də GMT ilə səhər 10-da bu ölkələrdə artıq gecə 12 idi.

Tailand da Yeni il şənliklərini bərpa edib. Mərhum kral Bhumibol Adulyadej 2016-cı ilin oktyabrında vəfat etmişdi və onun üçün bir il matəm saxlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG