Televiziya aparıcısı Pavel Lobkov studiyada növbəti verlişinə hazırlaşarkən mobil telefonuna sarsıdıcı xəbər gəlir. Onun şəxsi yazışmaları ələ keçirilərək internetdə dərc olunub.
Təcrübəli jurnalist şəxsi yazışmalarının Facebook-da sürətlə yayılmasının qarşısı almaq üçün vəkilindən kömək istədiyini deyir. “Bu mənim üçün çox travmatik hadisədir.”
Associated Press müəyyən edib ki, Pavel Lobkov 2015-ci ilin martında “Fancy Bear” adlı haker qrupu qrupu tərəfindən hədəfə alınıb və onun şəxsi mesajları ələ keçirilib. Lobkov, 2014-cü ilin ortalarından bu günə qədər bu qrupun hədəfinə çevrilən 200-dən çox jurnalist və bloggerdən sadəcə biridir.
Kibertəhlükəsizlik şirkəti “Secureworks”-ün hazırladığı siyahıya görə jurnalistlər diplomat və ABŞ Demokrat partiyası üzvlərinin ardından ən çox haker hücumuna məruz qalan üçüncü qrupdur. Fancy Bear-in hədəfinə çevrilən 200 jurnalistdən 50-i New York Times-da işləyir, digər 50-i isə Moskvada işləyən xarici jurnalistlərdir və ya Lobkov kimi müstəqil media qurumları ilə əməkdaşlıq edən yerli jurnalistlərdir. Digərləri isə, Ukrayna, Moldova, Baltik ölkələri və Vaşinqtonda işləyən digər jurnalistlərdir.
Buna da bax: "Kaspersky"-dən istifadəni qadağan etdilər
Haker hücumuna məruz qalan jurnalistlərin siyahısı, ABŞ kəşfiyyat orqanları üçün Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı növbəti sübut olaraq görülür. Xidmət orqanları hakerlərin Donald Trump-a prezident seçkiləri üçün kömək etdiyini düşünür. Rusiya höküməti isə Amerikan seçkilərinə müdaxiləni inkar edir.
Bundan əvvəl də Fancy Bear Rusiya müxalifətinin liderləri, Ukrayna siyasətçilər, ABŞ kəşfiyyatının simaları, Hillari Klintonun seçki kampaniyasının rəhbəri John Podesta və 130-dan çox demokratın e-poçtuna aid şəxsi mesajlaşmaları ələ keçirilmişdi.
“Məncə hakerlər öz ölkələrində kifayət qədər təcrübə qazandıqdan sonra xaricdə fəaliyyətə başlayırlar” – 50 yaşlı veteran jurnalist Pavel Lobkov belə deyir.
“KLASSİK KQB TAKTİKASI"
New Yorker-ə yazan Masha Gessen onun Gmail hesabına ilk müdaxilə cəhdinin 2015-ci ildə olduğunu deyir.
Rusiya prezidenti Vladimir Putin haqqında kitab müəllifi olan Gessen bu hadisələrin ona qarşı təhdid olduğunu fikirləşir. Gessen “Bütün bunlar KQB-nin klassik qorxu taktikasıdır.”-deyir.
Hədəf seçilən digər jurnalistlər isə Washington Post qazetində yazan Josh Rogin və Daily Beast kəşfiyyat orqanları haqda yazıları dərc olunan Shane Harris-dir. Harris onun e-poçtunu ələ keçirmək üçün gələn viruslu mesajları kəşfiyyat orqanlarına göndərdiyini və onların Fancy Bear qrupuna aid olduğunu müəyyən etdiyini deyir.
Rusiyada hakerlərin hücumunə məruz başqa jurnalistlər isə Vedomosti və Novaya Qazeta kimi müstəqil qazetlərin jurnalistləridir. Digərləri isə Tina Kandelaki və Kseniya Sobçak kimi məşhur simalardır. Sobçak bir neçə ay əvvəl prezident seçkilərində Vladimir Putinə rəqib olacağını açıqlayıb.
Araşdırmaçı jurnalist Roman Şleynov isə Putinin əhatəsində olan adamların adının da hallandığı Panama Sənədləri üzrə araşdırma etdiyi dövrdə Gmail hesabının hakerlərin hədəfinə çevrildiyini yazır.
“Fancy Bear” bundan əlavə olaraq ukraynalı jurnalistləri də hədəf alıb. Bu jurnalistlərin əksəriyyəti Rusiya dəstəkli qruplarla ölkənin şərqində gedən müharibədən yazan jurnalistlər olub.
Ukraynada fəaliyyət göstərən “Hromadske” saytnın qurucularından Natalia Gumenyuk xakerlərin onun əlində olan informasiyaları ələ keçirməyə çalışdığını deyir.
“Məqsəd Ukraynanın müstəqil səslərini boğmaqdır” – Gumenyuk deyir.
Hakerlər, “New York Times”-ın Moskva bürosunun keçmiş şefi Ellen Barry-nin də Gmail hesabını ələ keçirməyə cəhd edib.
Onun işlədiyi qazet haker qrupunun əsas hədəfinə çevrilib. “Fancy Bear” 2014-cü ildə Times-ın 50-dən çox işçisinə viruslu mesajlar göndərmişdi.
“New York Times” qazetinin rəhbərliyi bu barədə yayımladığı qısa açıqlamasında işçilərinin çox sayda zərərli mesajlara məruz qaldıqlarını deyir.
Bəzi jurnalistlər (bunların arasında CNN-in təhlükəsizlik təhlilçisi Michael Weiss və Brookings İnsitutundan Jamie Kirçik də var)bu xəbəri şərəf nişanı olaraq gördüyünü deyir.
Bir çox jurnalist AP-ə verdiyi açıqlamada təhdid altında olduqlarını, bu səbəbdən də e-poçtlarının təhlükəsizliyini artırdıqlarını və sadəcə Signal və Telegram kimi proqramlar vasitəsi ilə danışdıqlarını bildirir.
“Fancy Bear”-ın hədəfində olan Znak portalından jurnalist Ekaterina Vinokurova isə tez-tez e-poçtakı mesajlarını silir.
“Mən hesablarımın hər an ələ keçirilə biləcəyini bilirəm və buna hazıram”- Vinokurova telefonla verdiyini müsahibədə danışır.
HƏDƏFƏ ÇEVRİLƏN ERMƏNİ JURNALİST
Erməni jurnalist Maria Titizian isə hədəfə çevrildiyini 2015-ci ilin 26 iyununda müəyyən edib.
Titizian işıq pulunun artmasının ardından Yerevanda başlayan mitinq dövründə dövründə hakerlərin hədəfinə çevrildiyini deyir. Moskva üçün Ermənistanın paytaxtında başlayan aksiyalarda iştirak edən etirazçılar Rusiya təsirindən narahat olanlar idi.
Yerevanda yaşayan jurnalist tez-tez Kremli tənqid etməsinin onu hakerlərin hədəfinə çevirdiyini deyir.
Eliot Higgins isə Bellingcat saytının Ukraynada 298 nəfərin ölümünə səbəb olan təyyarə qəzasını araşdırdıqlarını və Rusiya raketləri ilə vurulmasına dair ciddi faktlar dərc etməyə başladıqdan sonra hakerlərin hərəkətə keçdiklərini xatırladır.
Adrian Chen 2015-ci ildə, İnternet Araşdırmaları Agentliyi ilə birlikdə Rusiyanın “trol fabrikası” vasitəsilə internetde zəhərli məlumatlar yayaraq bulanıqlıq yaratması ilə bağlı araşdırmanı dərc etdikdən qısa müddət sonra “Fancy Bear”-ın hücumlarına məruz qaldıqlarını deyir.