Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:39

Naməlum şəxs poçt binasında 11 nəfəri girov götürüb


Ukrayna Əsir mübadiləsi arxiv

Ukraynaın Xarkov şəhərində poçt binasında naməlum şəxs 11 nəfəri girov götürüb. Onlardan 2-si uşaqlardır.

Bu barədə məlumat verən regional polis rəisi Oleg Bekh deyib ki, üstündə partlayıcı olduğu ehtimal edilən bu adamın kimliyi məlum deyil. O heç bir tələb irəli sürməyib.

Ancaq polis rəisinin dediyinə görə, həmin şəxs bu günlərdə Kiyevlə separtaçı regionlar arasında əsir mübadiləsindən narazılıq edirmiş. O hesab edir ki, daha çox əsir dəyişdirilməli idi.

Ancaq polis rəisi Bekh təkrar edir ki, girov götürən şəxsin nə istədiyi bilinmir.

Dekabrın 27-də Kiyevlə separtaçı regionlar indiyədək ən böyük əsir mübadiləsi etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG