Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:50

Tbilisi Şəhər Məhkəməsi növbəti dəfə Azərbaycandan getmiş cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlını barəsində seçilmiş həbs tədbirini dəyişməkdən imtina edib.

Bu haqda AzadlıqRadiosuna cərrahın qızı Lalə Hüseynli məlumat verib.

Onun bildirdiyinə görə, dekabrın 29-da keçirilən sonuncu məhkəmə prosesində cərrahın məhkəmə dövründə girov əvəzində azadlığa buraxılması barədə vəsatətə baxılıb. Ancaq hakim vəsatəti təmin etməyib.

Hakim bundan əvvəl də F.Ceyranlını məhkəmə prosesi dövründə azadlığa buraxmaqdan imtina etmişdi. O zaman hakim qərarını cərrahın şahidlərə təsir edə biləcəyiehtimalı ilə əsaslandırmışdı. Cərrahın məhkəməsində şahid ifadələrinin dinlənilməsi, artıq yekunlaşır. L.Hüseynlinin bildirməsinə görə, proses gələn ilin yanvarında yekunlaşa bilər.

Xatırlatma

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib. 1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub. O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lancet» klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan Cinayət Məclləsinin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb. Müdafiə tərəfi bildirir

ki, F.Ceyranlı «Lancet» klinikasının həmtəsisçisidir və ittiham üzrə məsuliyyət daşımır. Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat da yaymışdılar. Həmin bəyanatda vurğulanırdı ki, F.Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki «Lancet»də müayinə və müalicəsinə şərait yaratması göstərilirdi. Son illər Azərbaycandan Gürcüstana gedən fəalların həmin ölkədə rəsmi Bakının sifarişi ilə təqib edildiyi bildirilir. Hər iki ölkənin hüquq-mühafizə orqanları isə belə iddiaları təkzib edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG