Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 09:01

Dövlət Statistika Komitəsinin məlumatına görə, dekabrın 30-dək pambıq qəbulu məntəqələrinə 206 min 721 ton məhsul təhvil verilib.

Təkcə dekabrın 30-da 226 ton pambıq tədarük olunduğu bildirilir. Pambıq tədarükündə Saatlı rayonu öndədir. Saatlı fermerlərinin indiyədək 25 min 742 ton pambıq tədarük etdiyi bildirilir.

Azərbaycanda pambıq tədarükü iki ildir ki, hökumətin prioritet saydığı sahəyə çevrilib. Ölkə başçısı bir neçə dəfə bununla bağlı müşavirələr keçirib. Hökumət pambıqyığan maşınların, tezyetişən pambıq toxumlarının alınması ilə bağlı addımlar atıb. Verilən məlumata görə, hökumət bu il azı 270 min ton pambıq toplanmasını hədəfləmişdi. Amma ekspertlər vurğulayırlar ki, il sona çatıb, vəd edilən həcmdə pambıq tədarük edilməyib.

Üstəlik, ekspertlər hesab edirlər ki, ölkədə pambıqçılığın inkişafı heyvandarlıq və kartofçuluğa ağır zərbə vurub. Ekspertər deyirlər ki, bəzi fermerlərin icarəsində olan torpaqlar onların əlindən alınıb, həmin ərazilərdə pambıq əkilib.

Bundan başqa, büdcə təşkilatlarında çalışan insanların məcburi pambıq yığımına aparılması ilə bağlı iddialar var. Yerli icra hakimiyyətləri büdcə təşkilatlarında çalışanların məcburi pambığa aparılması ilə bağlı iddiaları qəbul etmirlər. Onlar deyirlər ki, bu məsələdə könüllülük var və hamının haqqı ödənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG