Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:19

Rumıniya ilə hərbi əlaqələr müzakirə edilib


Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan ilə Rumıniya arasında hərbi əməkdaşlıq məsələləri iki ölkənin müdafiə nazirlərinin görüşündə müzakirə olunub.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müdafiə naziri Zakir Həsənov dekabrın 29-da Rumıniyanın milli müdafiə naziri Mihai-Viorel Fifor ilə görüşüb.

Görüş işçi nahar zamanı baş tutub.

Nazirlər arasında regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıldığı, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinin müzakirə edildiyi bildirilir.

Görüş rumıniyalı nazirin Əfqanıstandan Azərbaycan üzərindən tranzitlə öz ölkəsinə qayıdarkən baş tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG