Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:49

'DəmirBank'da pulu olanlarla bağlı xəbər var


«DəmirBank»

Fəaliyyəti dayandırılan «DəmirBank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) qorunan əmanətlərin kompensasiyalarını «Kapitalbank» Açıq Səhmdar Cəmiyyəti ödəyəcək. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, agent-bank qismində «Kapitalbank» ASC seçilib.

Bu haqda fondun açıqlamasında bildirilir.

Fond bildirir ki, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə gələn il fevralın 1-dən başlanılacaq.

«Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara mütəmadi məlumat veriləcək», - fond bildirir.

Fond «Dəmirbank» ASC-nin bütün sığortalı əmanətlərə görə kompensasiyaların ödənilməsindən ötrü kifayət qədər vəsaiti olduğunu da vurğulayıb.

Bakı Apellyasiya Məhkəməsi dekabrın 27-də «DəmirBank» ASC-ni müflis elan edib. Üstəlik, banka ləğvedici təyin edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasına görə, bankda 63.5 milyon manat qorunan əmanət var.

«Bankın lisenziyası ləğv edildikdən sonra qorunan əmanətlərin həcmi ilə bağlı orada ilkin qiymətləndirmə aparılıb. İlkin qiymətləndirmələr göstərir ki, kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birgə 55 min 213 nəfər üzrə 63.5 mln manat təşkil edir. Əmanətçilərin 52 min 732 nəfərinin əmanəti 1000 manatdan aşağıdır»,- açıqlamada vurğulanırdı.

İlkin qiymətləndirmələrə görə, bankda kompensasiya olunmayan əmanətlər 28.3 mln manat təşkil edir.

Xatırlatma

Maliyyə Bazalarına Nəzarət Palatası bu il dekabrın 22-də «DəmirBank» ASC-nin lisenziyasını ləğv edib. Bu, bankın öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib. 2016-cı ildə isə ölkədə 11 bank bağlanıb.

Fond ümumilikdə noyabr ayının göstəricilərinə əsasən, 11 bank üzrə 747 milyon 943 min manatdan artıq kompensasiya ödəyib. Bu, qorunan əmanətlərin 90 faizindən çoxdur. Qorunmayan əmanətlər isə qaytarılmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG