Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 15:30

'Rusiya ilə mənəvi-siyasi ittifaq...'-Media icmalı


V.Putin və İ.Əliyev

Ölkədə qeyri-neft sektorunun vəziyyəti, evlərin sökülməsi zamanı əhalinin üzləşdiyi problemlər və MDB dövlət başçılarının dekabrın 26-da Moskvada keçirilən qeyri-rəsmi görüşü medianın aparıcı mövzularındandır...

«Rusiya dağıdıcı faktordur»

Azadliq.info saytında «Rusiya sabitləşdirici yox, dağıdıcı faktordur» başlıqlı yazıda MDB dövlət başçılarının dekabrın 26-da Moskvada keçirilən qeyri-rəsmi görüşündə prezident İlham Əliyevin çıxışı dəyərləndirilir:

«Prezident İlham Əliyevin «bu gün Rusiya sabitləşdirici amildir» fikri, Putinə xitabən, «sizin beynəlxalq hüququn normalarına şəxsi sədaqətiniz beynəlxalq hüququn normalarının pozulmasından zərər çəkən ölkələrə ədalətin bərpa olunacağına böyük ümid verir» tezisi bəzi suallar doğurur».

Müəllif sualları bir-bir sadalayır:

«Bu yanaşma ölkənin milli maraqlarına nə dərəcədə uyğundur? Keçmiş sovet ərazilərində hökm sürən bütün qanlı münaqişələrin birbaşa müəllifi Rusiya deyilmi?».

Yazıda suallar davam edir. 2008-ci ildə Rusiyanın Gürcüstan ərazisini işğal etməsi xatırlanır.

Müəllifin fikrincə, son illər Rusiyanın beynəlxalq hüquqa etinasız münasibəti, az qala, qlobal siyasi böhrana çevrilməkdədir:

«Ölkə başçısının bu fikirləri Rusiya auditoriyasına, konkret olaraq prezidentliyə yenidən namizəd olan Putinə birbaşa dəstək məqsədi daşısa da, beynəlxalq müstəvidə də izsiz ötüşməyəcək. Qarşıda yeni sanksiyalarla üzləşəcək olan Rusiya hökuməti ilə bu qədər yaxın mənəvi-siyasi ittifaq təəssüflə qeyd edim ki, ölkəmizə yalnız zərər gətirəcək».

"Evimizi əşyalar içində uçurdular"
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Paytaxtda kompensasiya şikayətləri

«Exo» qəzetində «Bakıda evlərin sökülməsi: Ölkə Konstitusiyasının əleyhinə olan mənzil dəyərləndirilməsi» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, paytaxt Bakıda binaların sökülməsi ağrılı məsələ olaraq qalır. Şəhər hakimiyyətinin hansı binanı sökəcəyindən əhali xəbərsizdir:

«Söküntüyə məhkum «qara siyahı»ya düşmək üçün uçmaq təhlükəsi olan qəzalı binada yaşamaq hökmən vacib deyil. Bundan da pis odur ki, evlər söküləndən sonra kiməsə yeni binalarda ev verilmir, kompensasiya olaraq pul verilir. Amma bu pula şəhərin kənarında belə «bir otaq» almaq da olmur».

Ekspertlər evlərin sökülməsi məsələsində mənzillərin dəyərləndirilməsinə differensial yanaşmanın olmamasını ən böyük problem sayırlar:

«Bu sahədə qanunvericilikdə də boşluqlar var. Şəhərin mərkəzində evi sökülən şəxslə, şəhərin ucqarında evi sökülən şəxsə eyni pul təklif edilir. Hər kvadratmetrə 1500 manat. Halbuki, bazarda onların qiymətləri bir-birindən kəskin fərqlənirlər. Azərbaycanda mülkiyyət hüququ demək olar ki, qanunla qorunmur. Odur ki, istənilən vətəndaş bina sökülməsinin qurbanına çevrilə bilər».

Ekspertlər bu sahədə qanunvericiliyə ciddi dəyişikliklər edilməsini vacib sayırlar.

Amma «MBA Ltd.» konsaltinq şirkətinin rəhbəri, əmlak məsələsi üzrə ekspert Nüsrət İbrahimov bir qədər fərqli danışıb:

«Pilot tikintilər olan yerdə evləri sökülənlərə tikiləcək binada əvvəlki mənzil sahəsindən 20 faiz artıq sahə verilir. Amma kommersiya məqsədli tikintilərdə, yolların genişləndirilməsi, parkların salınması məqsədilə sökülən binalarda vətəndaşlara 600 manatdan 1500 manata qədər kompensasiya təklif edilir. Bu isə olduqca az məbləğdir. Əvvəlki mənzilə adekvat yaşayış sahəsi almağa yetərli deyil».

N.İbrahimov vurğulayıb ki, evlərin söküntüsü zamanı mənzillərin bazar qiyməti ilə dəyərləndirilməsinə dair Milli Məclis 27 maddədən ibarət qanun qəbul edib. Amma deməsinə görə, buna əməl olunmur.

Traktor
Traktor

Hədəf: İxracı iki dəfə artırmaq

«Azərbaycan» qəzetində «Hədəf kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artırmaqdır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələnin əsas mahiyyəti qeyri-neft sektorunun hesabına ölkənin gələcək inkişafına nail olmaqdır.

Yazıda vurğulanır ki, kənd təsərrüfatı qeyri-neft sektorunda xüsusi çəkiyə və əhəmiyyətə malikdir:

«Bu da səbəbsiz deyil. İlk növbədə kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin əsas təminatçısıdır. Son illər dünyada baş verən siyasi və iqtisadi proseslər göstərir ki, ərzaq təhlükəsizliyinin təminatı strateji xarakter daşıyır».

Müəllif hesab edir ki, Azərbaycan dövləti aqrar sektoru inkişaf etdirmək, bu sahədə çalışanlara dəstək olmaq məqsədi ilə çox iş görüb və bu proses davam edir:

«Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən savayı, bütün növ vergilərdən azaddır. Fermerlərə yanacaq, motor yağları, toxum, gübrə, damazlıq heyvanların verilməsində, kənd təsərrüfatı texnikalarının satılmasında böyük güzəştlər olur».

Rəsmi statistik rəqəmlərə istinad edən müəllif vurğulayıb ki, bu qayğı nəticəsiz qalmır. Bu ilin 11 ayı ərzində aqrar sahədə 6 milyard 200 milyon manatlıq məhsul istehsal edilib. Müəllifə görə, bu, 2016-cı il ilə müqayisədə 4.2 faiz artım deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG