Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:37

Həcc ziyarətində qiymətlər arta bilər


Həcc

Azərbaycanda növbəti il üzrə Həcc ziyarətinə sənəd qəbulunun vaxtından tez başlayacağı bildirilir.

Bu məlumatı Qafqaz Müsəlmanları İdarəsindən də təsdiqləyiblər.

Hazırda idarənin Həcc missiyasının nümayəndələri Səudiyyə Ərəbistanında səfərdədirlər. Nümayəndə heyəti Azərbaycana gələn ilin yanvarında dönməlidir. Elə bundan sonra da Həcc ziyarəti hazırlıqlarına başlanacağı bildirilir.

Üstəlik, 2017-ci illə müqayisədə qiymətlərdə artım ola bilər. Bu, Məkkədə 5- və 6-ulduzlu hotellərin qiymətlərinin bahalaşması ilə izah edilir.

Adətən, QMİ Həcc ziyarəti hazırlıqlarına fevral ayından start verir və sənəd qəbulu başlanır.

2017-ci ilin Həcc ziyarətinə Azərbaycandan 900 zəvvar gedib, bir nəfərə həcc ziyarəti 3 min 850 dollara başa gəlib.

Xatırlatma

Son illər İraq və Suriya ərazilərindəki silahlı münaqişələr üzündən Azərbaycandan avtobusla Həccə getmək dayandırılıb.

2015-ci ildə Azərbaycanda iki devalvasiyadan sonra (manat dollara nisbətən iki dəfə dəyər itirib) manatla Həcc ziyarəti kəskin bahalaşıb. Son illər zəvvarların sayında bəlli azalma var. Hətta bu il Həccə Azərbaycandan əvvəlcə 600 zəvvarın gedəcəyi gözlənilirdi. Sonradan 300 nəfərin artdığı açıqlandı. Halbuki, ötən il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2 min 400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.

Həcc ziyarəti hər il Qurban bayramı zamanı təşkil edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG