Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 14:04

Kabildə şiə mərkəzinə hücum olub, azı 40 nəfər ölüb


Hadisə yeri

Kabildə şiə mədəniyyət mərkəzinə intiharçı hücumunda azı 40 nəfər həlak olub, 30 nəfər yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi bildirib ki, intiharçı özünü dekabrın 28-də binanın içində partladıb. Agentlik Kabilin qərb hissəsində yerləşir.

Rahimi binanın yerləşdiyi küçədə daha iki partlayışın da baş verdiyini bildirib. Həmin vaxt adamlar birinci partlayışda yaralananlara köməyə yığışırmış.

İlkin məlumatlarda hücumun xəbər agentliyində törədildiyi bildirilirdi.

Taliban-ın sözçüsü Twitter-də yazıb ki, hücumu onlar törətməyib.

Əfqanıstanda mediaya hücumlar çoxalmaqdadır. Əfqan Jurnalistlərinin Təhlükəsizlik Komitəsi və Amnesty International beynəlxalq insan haqları təşkilatı hökuməti ölkədə medianı qorumaqdan ötrü tədbirlər görməyə çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG