Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 22:27

Alpinistlərin axtarışına helikopter cəlb edilib


Quba rayonu ərazisində itkin düşən alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərargahı bu gün, dekabrın 28-də məlumat yayıb.

Məlumatda bildirilir ki, Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxan «Gilavar» - hava və ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov Namiq Bünyatzadənin axtarışları davam edir.

«Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin «Mi-17» markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub», - məlumatda vurğulanır.

Dekabrın 23-də alpinistlər Namiq Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadə Xınalıq kəndi istiqamətindən Tufandağ zirvəsinə (4195 metr) tərəf gediblər. Sonra onlarla əlaqə itib.

Günün bütün mövzuları

XS
SM
MD
LG