Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 22:28

“İŞİD-çilər Suriya ərazisində rahat gəzir”


Suriya ərazisi

Suriya hökuməti İslam dövləti (İŞİD) yaraqlılarına nəzarətində olan ərazilərdə azad gəzməyə imkan verir. Bunu Suriyada İŞİD-lə vuruşan, ABŞ-ın rəhbərlik etdiyi koalisiya dekabrın 27-də bildirib.

Bu ittihamlar koalisiya və Suriya hökumətinin İŞİD-i ölkənin şimalından və şərqindən sıxışdırmasından sonraya təsadüf edir.

“Onlar rejimin əlində olan ərazilərdə rahatca gəzirlər, görünür rejim sərhədləri boyunca Daesh-i ya məğlub etmək istəmir, ya da bunu bacarmır”, – koalisiyanın komandan müavini, general mayor Felix Gedney deyib.

Ancaq bu şikayətə baxmayaraq, Gedney deyib ki, koalisiya Suriya hökumətinin nəzarətində olan ərazilərdə İŞİD yaraqlılarını hədəfə almağa çalışmayacaq, onların həmin ərazilərdə təqibini Suriyanın və müttəfiqi Rusiyanın ixtiyarına buraxacaq.

Koalisiyanın hesablamasına görə, hazırda İraqda və Suriyada mindən də az İŞİD yaraqlısı qalıb. Gedney deyib ki, hətta bu halda belə, İŞİD-lə müharibə bitməyib. Onun sözlərinə görə, yaraqlılar özəlliklə, Fərat çayının qərb sahili boyunca, Suriya və müttəfiqlərinin nəzarətində olan ərazilərdə irəliləyirlər.

“Suriya rejimini hazırda nəzarətlərində olan əraziləri İŞİD-dən təmizləməyə çağırırıq”, – o deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG