Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:22

Miqrantlar Serbiya sərhədindən çəkilmir


Sid yaxınlığına yığışmış miqrantlar

Dekabrın 27-də yüzdən çox miqrant və qaçqın Serbiyanın Sid sərhəd şəhəri ətrafına yığışıb. Bir gün öncə polis burada miqrantların aksiyasını dağıdıb.

Dekabrın 26-da onlarla adam Serbiya-Xorvatiya sərhədinə yığışaraq Qərbi Avropaya getmələrinə şərait yaradılmasını tələb edib.

Polis aksiyanı dağıdandan sonra xeyli sayda miqrant yaxınlıqdakı meşədə gecələyib. Humanitar təşkilatlar onları ərzaq və tibbi yardımla təmin edib.

Hazırda Serbiya ərazisində 4 mindən çox qaçqın və miqrant düşərgələrdə qalır.

Humanitar qurumlar 500-dək adamın açıq havada yaşadığını, Makedoniyaya deportasiya edilmək qorxusundan qeydiyyatdan yayındığını bildirir. Onlar Makedoniyadan da öz ölkələrinə, əsasən də Əfqanıstan və Pakistana göndəriləcəklərindən ehtiyatlanırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG