Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 22:26

«Azərbaycan Demokratiya və Rifah» (ADR) Hərəkatı Qazax rayon təşkilatının sədri Nizami Qaraoğlu dekabrın 20-də 15 sutka inzibati həbs cəzası alıb.

Hərəkatdan verilən məlumata görə, inzibati cəza qərarı Qazax Rayon Məhkəməsində çıxarılıb.

Hərəkat inzibati həbs qərarını pisləyən açıqlama yayıb. Orda bildirilir ki, N.Qaraoğlu vəkillə belə təmin edilməyib.

Qazax Rayon Məhkəməsindən N.Qaraoğluna 15 sutka inzibati həbs cəzası verilməsini təsdiq ediblər. Amma məhkəmədən qeyd ediblər ki, o, aliment ödəmədiyindən inzibati qaydada cəzalandırılıb.

ADR Hərəkatının sədr müavini Ədalət Yusibov isə deyir ki, bu qərarın arxasında siyasi motivlər durur:

«N.Qaraoğlunu çoxdan idi ki, təqib edirdilər. Bu onun aktiv siyasi fəaliyyətiylə bağlı idi».

Ə.Yusibov deyir ki, maddi durumu ilə bağlı N.Qaraoğlu bu ilin iyul ayından sentyabr ayına kimi Türkiyədə olub:

«Qayıdandan sonra ailəsini, uşağını evdə görməyib. Ailəsi N.Qaraoğlunu tərk edərək, onun qaynı evinə sığınıb. Bu il dekabrın 20-də Qazax Rayon Məhkəməsi icra idarəsindən N.Qaraoğlunu aliment məsələsi ilə məhkəməyə çağırıblar. Orada alimenti ödəməməsi adı ilə ona 15 sutka inzibati cəza veriblər. Buna qədərsə N.Qaraoğluna aliment ödəməməsi ilə bağlı hər hansı xəbərdarlıq edilməyib».

Qazax Rayon Məhkəməsindən isə bu qərarın arxasında siyasi motivlərin olması ilə bağlı deyilənləri rədd ediblər.

Xatırlatma

2014-cü ilin sentyabrında müxalif Müsavat Partiyasının qurultayında bir qrup şəxs başqan seçkilərinin nəticələrinə etiraz olaraq təşkilatdan istefa verib. Həmin ilin dekabrında «Azərbaycan Demokratiya və Rifah» (ADR) Hərəkatını təsis ediblər. Qurumun sədri iqtisadçı Qubad İbadoğludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG