Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 23:58

Qənnadı fabrikinin keçmiş direktoru mühafizəçini öldürüb


"Menshevik" fabrikinin yerləşdiyi ərazi

Moskvada qənnadı fabrikinin keçmiş sahibi mühafizəçini güllələyib, üç nəfəri də yaralayıb.

Rusiyanın İstintaq Komitəsi bildirib ki, həmin şəxs dekabrın 27-də Menshevik qənnadı fabrikinin yeni sahibiylə mübahisə edib, tapançadan atəş açıb.

Köhnə sahib Ilya Averyanov bir radiostansiyaya zəng edərək “banda”dan özünü müdafiə etdiyini deyib. Onun iddiasına görə, həmin “banda” Moskvada prokurorlarla əlbir olaraq onun mülkiyyətini ələ keçirməyə çalışır.

Hazırda fabrikdə olan Averyanov “Business FM” radiosuna deyib ki, səkkiz uşaq atasıdır və qanunsuz olaraq biznesindən məhrum edilib.

O, özünümüdafiə məqsədiylə, “bədbəxtçilikdən” bir nəfəri öldürdüyünü bildirib.

Hakimiyyətdən Averyanov-un iddialarına, hələlik, şərh gəlməyib.

Menshevik fabrikinin müflisləşməsiylə bağlı məhkəmə işi yanvarın 18-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG