Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 22:37

Abaya geyinməsin deyə Səudiyyəyə şahmat turnirinə getmədi


Anna Muzychuk İran çempionatında, fevral, 2017-ci il
Anna Muzychuk İran çempionatında, fevral, 2017-ci il

Ötən il sürətli və blits şahmat üzrə dünya çempionu olmuş ukraynalı idmançı titullarını itirəcək. Səbəb Anna Muzychuk-un Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatına iştirakdan imtina etməsidir. O bildirib ki, krallıqda qadın hüquqlarının pozulmasıyla barışmaq istəmir. Bu haqda “Currenttime.tv” yazır.

Bir neçə gündən sonra dünya çempionatının iki titulunu bir-birinin ardınca itirəcəyəm. Sadəcə ona görə ki, Səudiyyə Ərəbistanına getməməyə qərar vermişəm. Yad qaydalarla oynamamaq, abaya geyinməmək, küçədə kiminsə məni müşayiət etməməsi, ikinci dərəcəli varlıq kimi hiss etməmək üçün bu qərara gəldim”, – şahmatçı Facebook səhifəsində yazıb.

“Bu iki titulu düz bir il öncə qazananda şahmat dünyasının ən xoşbəxti idim, amma indi özümü həqiqətən çox pis hiss edirəm. Prinsiplərimi arxasında durmaqdan ötrü tədbirə getməməyə hazıram. Bu tədbirdə beş gün içində 10-dan çox tədbirdən birgə qazandığımdan daha çox gəlir əldə edəcəkdim. Bütün bunlar qıcıq yaradır, ancaq ən çox məyusluq yaradan heç kəsin bunu vecinə almamasıdır. Bu, çox acı bir duyğudur...”, – idmançı davam edir.

“HƏR ŞEYİN BİR HƏDDİ VAR”

O, Səudiyyə Ərəbistanına getməyəcəyini hələ bu ilin noyabrında, İranda baş örtüyüylə oynayandan sonra açıqlamışdı.

Hər şeyin bir həddi var. İranda baş örtüyü həddin aşılmasıydı”, – o zaman Facebook-da yazan idmançı Səudiyyəyə getmək istəmədiyini qeyd etmişdi.

*** Buna da bax: Səudiyyə Ərəbistanı kinoteatrlara qoyulan qadağanı ləğv etdi

Anna-nın bacısı Maria Muzychuk 2015-ci ildə dünya çempionu adını qazanıb. O, ötən il eyni səbəbdən İranda çempionata getməmək qərarını verib.

İran belə bir nüfuzlu yarışmaya uyğun ölkə deyil. İrana gedib hicab geyinməkdən imtina edən şahmatçıların heç nədən dünya çempionatında iştirak hüququnu itirməsi düzgün deyil”, – şahmatçı o zaman "Цензор.нет" nəşrinə müsahibəsində deyirdi.

2016-cı ilin noyabrında Beynəlxalq Şahmat Federasiyası “tarixi razılaşma” əldə olunduğunu açıqlayıb. Səudiyyə Ərəbistanındakı turnir təşkilatçıları qadın şahmatçıların hicab, yaxud abaya geyinməsini məcburi elan etməyiblər.

Beləliklə, şahmat turniri ölkə tarixində ilk dəfə olaraq belə bir qaydayla keçiriləcək.

XS
SM
MD
LG