Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 10:20

Dekabrın 26-da Rusiya Baykonur kosmik mərkəzindən Anqolanın ilk telekommunikasiya peykini fəzaya buraxıb. Ancaq görünür, medianın diqqətini Rusiyanın Ukrayna istehsalı olan raketindən istifadə etməsi daha çox çəkib. Axı, iki ölkənin münasibətləri illərdir ürəkaçan durumda deyil.

Roscosmos kosmik korporasiyası kosmik gəminin Qazaxıstandan havaya qalxmasını canlı yayımlayıb.

Angosat-1 peykini orbitə aparmış Zenit-2SB raketini Ukraynanın Yuzhmash şirkəti buraxıb.

Bu, 2014-cü ildən bəri iki ölkənin nadir birgə layihələrindən sayılır. 2014-cü ildə Moskva Ukraynanın Krım yarımadasını ilhaq edəndən münasibətlər gərginləşib.

Angosat layihəsi barədə Anqola və Rusiya 2009-cu ildə razılığa gəliblər. 280 milyon dollarlıq layihə Rusiya dövlət banklarının kreditiylə ərsəyə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG