Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 05:02

İtkin alpinistlərin axtarışı davam edir [yenilənib]


Alpinistlər. Foto arxiv

Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayan "Gilavar" - hava və ekstrim idman klubunun təmsilçilərinin axtarışı davam edir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) dekabrın 27-də axşam saatlarında yaydığı məlumatda bildirilir.

Söhbət alpinistlər Fəridə Cəbrayılzadədən, Babur HüseynovdanNamin Bünyatzadədən gedir.

“Həmin şəxslərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu cəlb olunub. Axtarış işlərinin səmərəliliyini artırmaq məqsədi ilə sabah (dekabrın 28-də) əlavə qüvvələrin, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsinin cəlb olunması nəzərdə tutulur. Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb”, – məlumatda vurğulanır.

“Tufan dağ rayonunda itmiş alpinistləri tapa bilməkdən ötrü kifayət qədər xilasedici yoxdur. Ona görə də mümkün qədər tez Rusiyadan kifayət qədər təcrübəyə malik xilasedicilər dəvət olunmalıdır”.

“Turan“ agentliyinin xəbərinə görə, bunu isə Azərbaycanin adlarının çəkilməsini istəməyən alpinist-təlimatçıları bildiriblər.

Onlar vurğulayıblar ki, indi hesab günlə yox, saatla ölçülür.

FHN dekabrın 27-də səhər saatlarında yaydığı məlumatda bildirilirdi ki, onlara bu barədə dekabrın 26-də məlumat verilib.

Dekabrın 23-də alpinistlər Namiq Bünyadov, Babur Hüseynov və Fəridə Cəbrayılzadə Xınalıq kıəndi istiqamətindən Tufandağ zirvəsinə (4195 metr) tərəf gediblər. Sonra onlarla əlaqə itib.

* * *

3 alpinistdən xəbər yoxdur

«Gilavar» - hava və ekstrim idman klubunun 3 təmsilçisindən xəbər yoxdur.

Bu haqda Fövqəladə Hallar Nazirliyinin məlumatında yazılır.

Məlumatda bildirilir ki, onlar dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətinə yürüşə çıxıblar. Amma geri qayıtmayıblar və onlarla əlaqə kəsilib.

Açıqlamaya görə, bu barədə nazirliyə dekabrın 26-da məlumat daxil olub.

«Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək», - məlumatda vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG