Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 01:18

Bir çox xarici investorlar 207-ci ilin son günlərindən istifadə edərək pullarını Rusiyadan çıxarırlar. Onlar narahatdırlar ki, gələn il ABŞ-ın yeni sanksiyaları Kremlə yaxın oliqarxları və dövlət korporasiyalarını hədəfə ala bilər. Bunu media dekabrın 26-da yazıb.

“Kommersant” qəzetinin yazdığına görə, ilsonu yaranmış bu tendensiya ilin əvvəlindəki xarici investisiya dalğasına əks proses kimi görünür. O zaman investorlar ABŞ prezidenti Donald Trump administrasiyasının Rusiyayla münasibətləri isidəcəyini düşünürdülər.

Qəzet yazır ki, Wall Street-in nüfuzlu Bank of America Merrill Lynch şirkəti bu ilin sonunda Rusiyaya xarici investisiyanın 1 milyard dollaradək azalacağını gözləyir.

Şirkətin proqnozuna görə, ABŞ-ın sanksiyaları gələn il Rusiya iqtisadiyyatı üçün potensial təhlükə kimi görünür və Rusiya bazarlarından kapitalın çıxarılmasına təkan verə bilər. 2014-cü ilin dekabrında oxşar tendensiya cəmi 10 gün ərzində rus rublunu 30 faiz dəyərsizləşdirmişdi.

Sberbank-ın rəhbəri Herman Gref “Financial Times” qəzetinə deyib ki, Birləşmiş Ştatların Rusiya oliqarxları və dövlət korporasiyalarına sərt sanksiyalar qoymaq şansı azdır. Trump uyğun qanunu ötən yay imzalayıb. Ancaq Gref-in fikrincə, sanksiyalar qoyularsa, bu, “Soyuq Müharibəni uşaq oyununa bənzədər”.

Times-ın yazdığına görə, ən ağır sanksiya Rusiya banklarının Swift beynəlxalq elektron ödəniş sistemindən çıxarılması olar. Qəzet bunu “nüvə versiyası” adlandırır, 2014-cü ildə Rusiyanın Ukrayna ərazisini işğalından dolayı ilk sanksiyalar qoyulandan Qərb ölkələri bu varianta əl atmağa tərəddüd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG