Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:20

Bakı-Quba yolunun kənarında top mərmisi tapılıb


Arxiv fotosu

Bu gün, dekabrın 26-da Bakı-Quba yolunun kənarında top mərmisinin aşkar edildiyi bildirilir.

Bu haqda Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatında yazılır.

Məlumatda bildirilir ki, 1 ədəd top mərmisinin tapılması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən məlumat daxil olub.

“Agentliyin mütəxəssisləri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən Bakı-Quba yolunun kənarına baxış keçiriblər. Aparılan təcili axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (PBR-412) aşkar edilərək zərərsizləşdirilməsindən ötrü götürülüb”, – məlumatda vurğulanır.

Ərazidə digər təhlükəli əşya və qurğu aşkar edilmədiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG