Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 05:10

Saakashvili dindirilməkdən imtina edir


Mikheil Saakashvili, arxiv fotosu

Ukraynada Yeni Qüvvələr Hərəkatının lideri, Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili-nin Ukrayna Təhlükəsizlik Xidmətinə dindirilməyə getmədiyi bildirilir. O, dekabrın 26-da dindirilməyə çağrılmışdı.

Saakashvili-nin vəkili Pavlo Bohomazov öncə demişdi ki, müxalifət lideri idarəyə getməyi planlaşdırır. Ancaq Ukrayna vaxtıyla səhər 11-nə təyin olunmuş görüşdən az sonra vəkil Ruslan Chornolutsky jurnalistlərə deyib ki, Saakashvili “bu gün istintaq prosedurlarına görə müstəntiqin idarəsinə girməyəcək”.

Chornolutsky-nin sözlərinə görə, Saakashvili-yə çağırış göndərilib və dekabrın 26-da səs yazısını ekspertiza üçün təqdim etməsi istənilib.

Saakashvili planlaşdırılan görüşdən öncə demişdi ki, Ukrayna hakimiyyəti onu müvəqqəti qoruma statusundan məhrum etməyə, “ölkədən çıxarılmasına şərait yaratmağa” çağırır.

Hakimiyyət Saakashvili-nin təşkil etdiyi etirazları Ukraynanın Rusiyada yaşayan keçmiş prezidenti Viktor Yanukovych-in rəhbərlik etdiyi “mütəşəkkil qrup”un maliyyələşdirdyini deyir, Saakashvili bu ittihamları saxta adlandırıb.

Mikheil Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezident olub. Hazırda ölkəsində dövlət çevrilişinə cəhdin təşkilində şübhəli bilinir, amma özü ittihamları qəbul etmir.

2015-ci ildə Poroshenko Saakashvili-ni Odessanın qubernatoru təyin edib və ona Gürcüstan vətəndaşlığı verib. Saakshvili 2016-cı ilin noyabrında istefa verib, Poroshenko-nun müttəfiqlərinin onun islahat cəhdlərini əngəllədiyini söyləyib.

2017-ci ilin iyununda Poroshenko Saakashvili-ni vətəndaşlıqdan məhrum edib. Hazırda bu addıma qarşı məhkəmə iddiası qaldırmış Saakashvili sentyabrın 10-da Polşadan Ukraynaya keçib, siyasətə qayıtmağa and içib, etirazlara çağırıb.

Poroshenko etirazların əsl səbəbinin Ukraynada sabitsizlik yaratmaq olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG