Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:49

İpoteka və Kredit Zəmanət Fondu yaradılıb


İpoteka krediti ilə ev almaq asanlaşır, yoxsa?
Gözlə

No media source currently available

0:00 0:16:42 0:00

İpoteka krediti ilə ev almaq asanlaşır, yoxsa?

Bu gün, dekabrın 26-sı prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun yaradılması, onun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

Fərmanla «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi» təsdiq edilib.

Nizamnamə fondun fəaliyyətinin məqsədlərini, vəzifələrini, hüquqlarını, onun yenidən təşkil, ləğvini və digər məsələləri müəyyən edir.

Fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu İpoteka Fondu və «Kredit Zəmanət Fondu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) hüquqi varisidir. Həmin qurumların bütün hüquq və öhdəlikləri, habelə əmlakı fonda keçəcək.

Fond Azərbaycanda əhalinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin yaradılması və idarə edilməsinə cavabdeh olacaq.

Ölkə başçısının fərmanı ilə fondda ictimai əsaslarla fəaliyyət göstərən 5 nəfərdən ibarət Himayəçilik Şurası və ona cari rəhbərliyi həyata keçirən İdarə Heyəti yaradılıb.

Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Xatırlatma

Azərbaycanda kreditlər 2006-cı ildən İpoteka Fondu (İF) vasitəsilə verilirdi.

Bu ilin əvvəlinə qədər Azərbaycanda təqribən 18 minə qədər ipoteka krediti verilmişdi.

«Fitch» beynəlxalq reytinq agentliyi bu ilin ortalarında «Azərbaycan İpoteka Fondu» ASC-nin reytinqini endirib. Hazırda ipoteka kreditlərinin verilməsinin dayandığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG