Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 15:36

Suriya qüvvələri İsraillə sərhədə yaxın əraziləri tutur


Suriya ərazisi

Suriyanın hökumət qüvvələri İsrail və Livanla sərhəd yaxınlığında üsyançıların əlində olan son anklavı mühasirəyə alıb.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı dekabrın 25-d bildirib ki, hökumət qüvvələri Beit Jin şəhərini və ətraf əraziləri əhatələyib.

Monitorinq qrupunun məlumatına görə, mühasirədə olan döyüşçülərin üsyançıların əlində olan İdlib vilayətinə köçürülməsindən ötrü danışıqlar aparılır.

Suriya qüvvələri və müttəfiqləri sünni yaraqlılar və Azad Suriya Ordusu (FSA) ilə savaşır.

Mühasirəyə alınan ərazi paytaxt Dəməşqin cənub-qərbində üsyançıların əlində olan, Qərbi Quta kimi tanınan sonuncu istinadgahdır.

İsrail Suriya qüvvələrinin və onun İranın dəstəklədiyi müttəfiqlərinin sərhədlərinə yaxınlaşmasından narahatdır.

İsrail son həftələr Suriya daxilində şübhəli İran hədəflərə hava zərbələrini gücləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG