Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 02:25

Rusiya futbol federasiyasının rəhbəri istefa verib


Vitaly Mutko

Rusiya baş nazirinin müavini Vitaly Mutko ölkənin futbol federasiyasının rəhbərliyindən istefa verib. Dopinq qalmaqalına görə Olimpiya oyunlarından ömürlük uzaqlaşdırılan Mutko dekabrın 25-də deyib ki, Rusiya Futbol İttifaqının (RFS) prezidentliyindən altı aylığa uzaqlaşır, bu arada İdman Arbitrasiya Məhkəməsinə (CAS) qadağadan şikayət verəcək.

O, RFS-in idarə heyətinin iclasından sonra deyib ki, ertəsi gün, yəni dekabrın 26-da məhkəməyə iddiasını göndərəcək.

2014-cü ildə Soçidə keçirilən Qış Olimpiya oyunlarında dopinqdən geniş istifadəylə bağlı iddialar Rusiya atletlərinin uğurlarını kölgələyib.

Dopinq qalmaqalına cavab olaraq, Beynəlxalq Olimpiya Komitəsi dekabrın 5-də Rusiyanın keçmiş idman naziri Mutko-nun olimpiya oyunlarında gələcək iştirakına qadağa qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG