Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:47

Britaniya gəmisi Şimal Dənizində rus gəmisini yola salmalı olur


Arxiv fotosu

Britaniyanın Kral Donanması ölkənin ərazi suları yaxınlığında, Şimal Dənizində Rusiya hərbi gəmisini müşayiət etdiyini bildirir.

Donanma dekabrın 26-da bildirib ki, HMS St Albans keşikçi gəmisi dekabrın 23-də Rusiyanın Şimal Dənizindən keçən Admiral Gorshkov hərbi gəmisinə göz qoymaqdan ötrü yola çıxıb.

Kral donanması gəmisinin dekabrın 25-də Rusiya gəmisinə nəzarət etdiyi və dekabrın 26-da Britaniyada göyərtəyə qayıdacağı bildirilir.

Rusiyadan hələlik, şərh gəlməyib.

Kral Donanması son vaxtlar “Böyük Britaniya sularından keçən Rusiya gəmilərinin sayının artdığını” bildirir.

Britaniyanın müdafiə naziri Gavin Williamson insidentdən sonra yaydığı bəyanatda bildirib ki, “sularımızın müdafiəsinə tərəddüd etməyəcək, yaxud istənilən aqressiya formasına dözməyəcəyəm”.

Günün bütün mövzuları

XS
SM
MD
LG