Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 01:23

Rusiya ilə işgüzar münasibətlər müzakirə olunub


Maksim Oreshkin, Rusiya iqtisadi inkişaf naziri.

Bakıda Azərbaycan-Rusiya işgüzar münasibətləri müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin məlumatında yazılır ki, bu gün, dekabrın 25-i Bakı Biznes Mərkəzində iki ölkənin işgüzar şuralarının geniş tərkibli toplantısı keçirilib. Toplantıda rəsmi şəxslər, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və başqa sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Toplantıda iştirak edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. O, Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu, bu sahədə müsbət inkişaf dinamikası müşahidə edildiyini qeyd edib. Nazirin sözlərinə görə, 2017-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiya 3-cü yeri tutub. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə isə Rusiya ilk yerdədir.

Müzakirələrdə Rusiya tərəfdən iqtisadi inkişaf naziri Maksim Oreşkin də iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında müxtəlif sahələr üzrə anlaşma memorandumları imzalanıb.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin-in başçılıq etdiyi nümayəndə heyətini bu gün, dekabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG